Almaniyada deportasiyadan yayınan Azərbaycan vətəndaşları axtarışa verilib
Xarici siyasət
- 16 sentyabr, 2021
- 09:39
Sentyabrın 14-də Düsseldorfdan Azərbaycana göndərilənlərin siyahısında olan, amma deportasiya prosesindən yayınan azərbaycanlılar polis tərəfindən axtarşa verilib.
Bu barədə “Report”un Avropa bürosuna Şimali Reyn Vestfaliya Daxili İşlər Nazirliyindən bildiriblər.
Vurğulanıb ki, deportasiyadan yayınan Azərbaycan vətəndaşlarının sayı 5-dir. Sentyabrın 13-ü deportasiya ediləcək şəxslərin ünvanlarına baş çəkən polis və miqrasiya idarəsinin əməkdaşları ikisi bir ailənin üzvü olmaqla ümumilikdə 5 nəfəri evlərində tapmayıblar.
Qeyd edək ki, sentyabrın 14-də bir qrup azərbaycanlı Almaniyadan deportasiya edilib. Təyyarə axşam saatlarında Bakıya enib və deportasiya edilən Azərbaycan vətəndaşları "Atletlər kənd"inə aparılıblar.
Son xəbərlər
08:52
Salyanda avtomobil maneəyə çırpılıb, xəsarət alanlar var
Hadisə08:51
Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (08.01.2026)
Maliyyə08:44
FHN: Füzuli və Cəbrayılda yanğının söndürülməsi tədbirləri davam etdirilir - YENİLƏNİB
Hadisə08:32
KİV: Çin hakerləri ABŞ Konqresi əməkdaşlarının elektron poçtlarının parolunu sındırıblar
Digər ölkələr08:17
Foto
Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur
İnfrastruktur07:41
İzmirdə 10 qanunsuz miqrant və üç insan alverçisi saxlanılıb
Region07:12
Netanyahu Negev səhrasında məskunlaşma sürətini artırmaq niyyətindədir
Digər ölkələr06:36
"Nyukasl" İngiltərə Premyer Liqası tarixində ən son qələbə qolunu vurub
Futbol06:08