Aİ-nin Azərbaycandakı Nümayəndəliyi Xocalı soyqırımı qurbanlarının xatirəsini yad edib

Xarici siyasət
  • 26 fevral, 2026
  • 14:49
Aİ-nin Azərbaycandakı Nümayəndəliyi Xocalı soyqırımı qurbanlarının xatirəsini yad edib

Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyi Xocalı soyqırımı qurbanlarının xatirəsini yad edib.

"Report" xəbər verir ki, bu barədə Aİ-nin Azərbaycandakı səfiri Mariyana Kuyundziçin "X" sosial şəbəkəsindəki paylaşımında bildirilib.

"Aİ-nin Azərbaycandakı Nümayəndəliyi Xocalı faciəsi zamanı həlak olmuş günahsız qurbanların - qadınların, kişilərin, uşaqların və yaşlıların xatirəsini yad edir. Nümayəndəlik qəlbdən başsağlığı verir, barışığın və dayanıqlı sülhün bərqərar olunmasının vacibliyini vurğulayır", - o yazıb.