ABŞ Xəzərin sahilboyu gücləndirilməsi üçün bu günədək Azərbaycana 320 milyon dollarlıq yardım edib

Xarici siyasət
  • 02 iyun, 2025
  • 12:11
ABŞ Xəzərin sahilboyu gücləndirilməsi üçün bu günədək Azərbaycana 320 milyon dollarlıq yardım edib

ABŞ Xəzər dənizi boyunca sərhəd təhlükəsizliyini gücləndirmək üçün bu vaxtadək Azərbaycana 320 milyon dollar həcmində yardım edib.

Bu barədə “Report” ABŞ səfirliyinin sosial şəbəkə hesabına istinadən xəbər verir.

Qeyd edilib ki, CDA Guevara (müvəqqəti işlər vəkili - red.) və Hessi (itin adı - red.) bu yaxınlarda Abşeron Milli Parkında gəzintiyə çıxaraq Xəzər dənizinin gözəlliyindən zövq alıblar:

"Birləşmiş Ştatlar onilliklərdir ki, Xəzər dənizi boyunca sərhəd təhlükəsizliyini gücləndirmək üçün Azərbaycana radarlar, patrul qayıqları, sualtı texnologiyalar və təlimlər daxil olmaqla yardım göstərərək tərəfdaşlıq edir. Bu yardım 320 milyon dollar həcmində olub. Birləşmiş Ştatlar və Azərbaycan birlikdə daha təhlükəsiz, daha güvənli və daha firavan bir gələcək üçün çalışırlar".