ABŞ səfiri Sumqayıtdakı "SOCAR Polymer" zavodunda olub
Xarici siyasət
- 03 mart, 2016
- 13:19
Bakı. 3 mart. REPORT.AZ/ ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta Sumqayıtdakı "SOCAR Polymer" zavodunda olub.
"Report" ABŞ səfirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, səfir Azərbaycanın sənaye inkişafının ən yeni nailiyyətlərini görmək üçün zavodun fəaliyyəti ilə tanış olub.
Səfirə "SOCAR Polymer" zavodunun ölkə iqtisadiyyatının şaxələnməsinə töhfə verdiyi məhsulları nümayiş olunub.
Səfir R.Sekuta "SOCAR Polymer"in Azərbaycanda tikilən yeni zavodunda ABŞ təcrübəsindən və komponentlərindən istifadə edilməsini müsbət qarşılayıb.
Qeyd edək ki, bir gün əvvəl R.Sekuta Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovla görüşüb, bu gün isə Sumqayıtda yerləşən məcburi köçkünlər üçün olan məktəbi ziyarət edib.
Son xəbərlər
21:07
Şimali Kiprdə gəmi qəzasında ölənlərin sayı 10-a çatıb
Region21:05
"Qalatasaray" Çempionlar Liqası üçün heyətini açıqlayıb
Futbol21:03
Gürcüstanlı aparıcı: İndi tamamilə fərqli bir Azərbaycan görürəm
Qarabağ20:53
Floridada təyyarə qəzasında 2 nəfər ölüb
Digər ölkələr20:34
Tramp Karninin siyasətini Kanada iqtisadiyyatı üçün mənfi hesab edir
Digər ölkələr20:30
"Neftçi SOCAR" 3x3 basketbol komandası FIBA Qadınlar Seriyasının mövsüm finalında çıxış edəcək
Komanda20:21
"Zirə" braziliyalı futbolçu Talisson Moreyra Reysi transfer edib
Futbol20:13
MEDİA: Qərb mediası Azərbaycana qarşı dezinformasiya kampaniyası aparır
Media20:06