"Neftçi SOCAR" 3x3 basketbol komandası FIBA Qadınlar Seriyasının mövsüm finalında çıxış edəcək

Komanda
  • 03 sentyabr, 2026
  • 20:30
Neftçi SOCAR 3x3 basketbol komandası FIBA Qadınlar Seriyasının mövsüm finalında çıxış edəcək

3x3 basketbol üzrə "Neftçi SOCAR" komandası sentyabrın 5-dən 6-dək Çinin Şanxay şəhərində keçiriləcək FIBA Qadınlar Seriyasının mövsüm finalında iştirak edəcək.

"Report" xəbər verir ki, Azərbaycan təmsilçisi A qrupunda Niderland, Fransa və Almaniya yığmaları ilə qarşılaşacaq.

Komandanın qrup mərhələsində oyunlarının təqvimi belədir:

5 sentyabr

12:45 - Fransa

14:50 - Niderland

16:55 - Almaniya

Qeyd edək ki, Azərbaycan yığması ötən il Şanxayda keçirilən mövsüm finalını ikinci pillədə başa vurub.

44 filmi