ABŞ Azərbaycana beynəlxalq terrorçuluğa qarşı mübarizədəki dəstəyinə görə minnətdardır

Xarici siyasət
  • 29 oktyabr, 2021
  • 11:08
ABŞ Azərbaycana beynəlxalq terrorçuluğa qarşı mübarizədəki dəstəyinə görə minnətdardır

Azərbaycanın ABŞ-la dostluq münasibətlərinə sadiq olması qoşunların Əfqanıstandan çıxarılması zamanı bir daha sübut olundu.

Bu barədə “Report”a Amerika Azərbaycan Ticarət Palatasından (USACC) bildirilib.

“Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşü zamanı dövlət katibinin müavini Viktoriya Nuland Əfqanıstandakı təxliyə ilə bağlı ABŞ-ın səylərini dəstəklədiyi üçün Azərbaycana təşəkkür edib”, - deyə məlumatda vurğulanıb.

Qurumdan həmçinin qeyd ediblər ki, koalisiya qüvvələrinin beynəlxalq terrorçuluğa qarşı mübarizədə Azərbaycan tərəfindən dəstəklənməsini xatırlatmaq bu gün böyük əhəmiyyət daşıyır.