Abbas Abbasov: BTQ və Beynəlxalq Zikh Federasiyası əməkdaşlığa dair memorandum imzalayacaq
- 03 iyun, 2026
- 11:54
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı Təşəbbüs Qrupu (BTQ) və Beynəlxalq Zikh Federasiyası tərəflər arasında akademik əməkdaşlığı tənzimləyəcək əməkdaşlıq memorandumu imzalayacaqlar.
"Report" xəbər verir ki, bu barədə BTQ-nin icraçı direktoru Abbas Abbasov jurnalistlərə bildirib.
"Biz (BTQ - red.) bu memorandum da daxil olmaqla institusional və sənədlə təsbit edilmiş mexanizmlər vasitəsilə etnik azlıqların hüquqlarının müdafiəsini gücləndirmək qərarına gəldik", - o qeyd edib.
A.Abbasov xatırladıb ki, təşkilat 2025-ci ildən zikh icmasının nümayəndələri ilə əməkdaşlığa başlayıb:
"2026-cı ildə dalit icmasının nümayəndələri ilə ilk əlaqələr qurulub və ilkin danışıqlar aparılıb. Biz gələn ay uzun illər ərzində Hindistan hökumətinin repressiya və ayrı-seçkiliyi ilə üzləşən dalitlərlə birgə layihələri açıq şəkildə elan etməyi planlaşdırırıq. Onların sayı artıq təxminən 320 milyon nəfər təşkil edir, lakin ayrı-seçkilik davam edir".