Yanvarda AZAL-ın ixrac gəlirləri 5 dəfəyə yaxın azalıb

Turizm
  • 29 fevral, 2024
  • 08:38
Yanvarda AZAL-ın ixrac gəlirləri 5 dəfəyə yaxın azalıb

Bu ilin yanvar ayında “Azərbaycan Hava Yolları” QSC (AZAL) 247 min ABŞ dolları dəyərində xidmət ixrac edib.

“Report” xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın fevral sayında qeyd edilir.

Bu, 2023-cü ilin müvafiq ayı ilə müqayisədə 953 min ABŞ dolları və ya 4,86 dəfə azdır.

Xatırladaq ki, ötən ilin yanvar ayında AZAL 1,2 milyon ABŞ dolları dəyərində xidmət ixrac edib.

Qeyd edək ki, bu ilin yanvar ayı ərzində Azərbaycanın ümumi ixracı 1,8 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə ixrac isə 222 milyon ABŞ dolları təşkil edib.