Sonya Krayçova: "Bakı-Bratislava birbaşa reysləri turizm və biznes üçün yeni imkanlar açacaq"
- 07 oktyabr, 2026
- 13:13
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı və Bratislava arasında birbaşa hava əlaqəsi Azərbaycanla Slovakiya arasında turizm, işgüzar əlaqələr və mədəni mübadilənin inkişafı üçün yeni imkanlar açacaq.
"Report" xəbər verir ki, bunu Slovakiyanın Azərbaycandakı səfirliyinin müşaviri Sonya Krayçova yeni aviamarşrutun istifadəyə verilməsinə həsr olunmuş tədbirdə bildirib.
Onun sözlərinə görə, yeni aviasiya marşrutu ölkələr arasında mühüm əlaqələndirici halqaya çevriləcək: "Bu isə öz növbəsində vətəndaşlar, biznes və turizm sektorunun nümayəndələri arasında əlaqələri genişləndirməyə imkan verəcək".
Bratislava və Bakı arasında birbaşa reyslər oktyabrın 28-dən etibarən həyata keçirilməyə başlanacaq.
Tədbir çərçivəsində Slovakiyanın turizm sənayesi nümayəndələrinin təqdimatları keçirilib. İştirakçılara ölkənin müxtəlif regionlarının potensialı, populyar istiqamətlər və görməli yerlər, dağlarda istirahət, tarixi şəhərlərə, termal kurortlara və şərab zavodlarına səfər imkanları təqdim edilib.