Simonida Kordiç: "Azərbaycanın turizm təcrübəsi investisiya strategiyası planlaşdırmaqda faydalıdır"

Turizm
  • 22 sentyabr, 2025
  • 11:16
Simonida Kordiç: Azərbaycanın turizm təcrübəsi investisiya strategiyası planlaşdırmaqda faydalıdır

Azərbaycanın Monteneqronun turizm sektoruna investisiyaları təkcə düzgün investisiya siyasətini deyil, həm də bütün sahənin strateji inkişafını nümayiş etdirən məkan yaratmağa imkan verib.

"Report" xəbər verir ki, bunu Monteneqronun turizm naziri Simonida Kordiç Bakıda keçirilən I Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda (AIIF 25) bildirib.

Nazir qeyd edib ki, investisiya məkanı çoxdan qloballaşıb.

"Buna görə də bir ölkənin və yaxud bir investorun istənilən investisiya təşəbbüsü bir çox digər aspektlərə əhəmiyyətli dərəcədə təsir göstərir. İnvestisiya strategiyalarının planlaşdırılmasında çox faydalı ola biləcək təcrübələr var. Digər ölkələrdən olan həmkarlarımızla dialoq apardığımız zaman onların irəli sürə biləcəkləri təkliflər və malik olduqları təcrübə mənim üçün xüsusilə maraqlıdır", - o bildirib.

S.Kordiç qeyd edib ki, Monteneqroda səfərdə olan həmkarları ilə danışmaq imkanı olduqda, onlar bu təcrübələrin son dərəcə faydalı olduğunu qeyd edirlər.

"Mən həmçinin strateji olaraq hədəflədiyimiz turizm növünə, yəni keyfiyyətli turizmə investisiya qoyuluşunu effektiv şəkildə dəstəkləyən bir sıra tədbirləri - ilk növbədə maliyyə və vergi güzəştlərini qeyd etdim. Bunlar artıq əməkdaşlıq etdiyimiz və ən yaxşı nəticələrə nail olmaq üçün onu davam etdirməli olduğumuz əsas istiqamətlərdir", - nazir əlavə edib.

Son xəbərlər

Bütün Xəbər Lenti