Rolanda Prays: "Qarabağ Azərbaycanın əsas turizm investisiyası istiqamətlərindən birinə çevrilə bilər" - EKSKLÜZİV

Turizm
  • 09 iyul, 2026
  • 12:33
Rolanda Prays: Qarabağ Azərbaycanın əsas turizm investisiyası istiqamətlərindən birinə çevrilə bilər - EKSKLÜZİV

Qarabağ gələcəkdə Azərbaycanın əsas turizm investisiyası istiqamətlərindən birinə çevrilə bilər.

Bunu "Report"a açıqlamasında Dünya Bankının Cənubi Qafqaz üzrə Regional Direktoru Rolanda Prays deyib.

Onun sözlərinə görə, Azərbaycan hökuməti Qarabağın yenidən qurulmasına böyük həcmdə vəsait yönəldir: "Turizm keçmiş münaqişə bölgələrinin yenidən iqtisadi həyata inteqrasiyasına və həmin ərazilərin yeni inkişaf mərhələsinə keçidinə mühüm töhfə verir. Əgər Azərbaycanın məqsədi Qarabağı beynəlxalq turizm istiqaməti kimi inkişaf etdirməkdirsə, bunun üçün real imkanlar mövcuddur. Bununla yanaşı, bölgədə nəqliyyat, yerləşmə, xidmət və digər turizm infrastrukturunun mərhələli şəkildə formalaşdırılması, eləcə də özəl investisiyaların təşviqi vacibdir".

R.Prays əlavə edib ki, Qarabağın zəngin təbiəti, tarixi-mədəni irsi və bərpa olunan infrastrukturu gələcəkdə həm daxili, həm də xarici turistlər üçün cəlbedici turizm məhsullarının formalaşdırılmasına əlverişli zəmin yarada bilər.

44 filmi