Qazaxıstanda beynəlxalq investisiya forumu keçiriləcək

Turizm
  • 12 oktyabr, 2016
  • 16:53
Qazaxıstanda beynəlxalq investisiya forumu keçiriləcək

Bakı. 12 oktyabr. REPORT.AZ/ Qazaxıstanda “Almatı Invest-2016: İnvestisiyalar - Almatı şəhərinin inkişaf drayverlərinin yeni erası” adlı IV Beynəlxalq İnvestisiya forumu keçiriləcək.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (“Azpromo”) “Report”a verilən məlumata görə, Almatı şəhərində təşkil edilən forum oktyabrın 28-də baş tutacaq.

Azərbaycanda müvafiq sahələrdə fəaliyyət göstərən iş adamları və sahibkarlar forumda iştiraka dəvətlidirlər.

Forum haqqında ətraflı məlumat almaq və tədbirdə iştirak etmək istəyənlər “Azpromo”ya müraciət edə bilərlər.

44 - Tezliklə