Naxçıvana səfər edən turistlərin sayı artıb

Turizm
  • 22 yanvar, 2018
  • 21:46
Naxçıvana səfər edən turistlərin sayı artıb

Bakı. 23 yanvar. REPORT.AZ/ Ötən il Naxçıvan Muxtar Respublikasına səfər edən turistlərin sayı artıb.

"Report" xəbər verir ki, bu barədə muxtar respublikanın Dövlət Statistika Komitəsi məlumat yayıb.

Məlumatda bildirilir ki, 2017-ci ildə muxtar respublikaya ölkəmizin digər bölgələrindən və xarici ölkələrdən ümumilikdə, 413 min 357 turist gəlib. Bu rəqəm 2016-cı ildəki göstəricidən 2,5 faiz və ya 10 min 82 nəfər çoxdur.