Florian Zenqstşmid: "Azərbaycanda turizm sahəsinin rəqəmsallaşması arzu olunan səviyyədə deyil"

Turizm
  • 09 iyul, 2026
  • 13:08
Florian Zenqstşmid: Azərbaycanda turizm sahəsinin rəqəmsallaşması arzu olunan səviyyədə deyil

Azərbaycanda turizm sektorunun rəqəmsallaşması hələ ki, arzu olunan səviyyəyə çatmayıb.

"Report" xəbər verir ki, bunu Dövlət Turizm Agentliyi yanında Azərbaycan Turizm Bürosunun İdarə Heyətinin sədri Florian Zenqstşmid Bakıda keçirilən "İqtisadi artımı və diversifikasiyanı təmin etmək üçün Azərbaycanın turizm potensialının açılması" adlı tədbirdə bildirib.

Onun sözlərinə görə, bu səbəbdən rəqəmsallaşma Agentliyin və aidiyyəti dövlət qurumlarının əsas əməkdaşlıq istiqamətlərindən biri kimi müəyyənləşdirilib: "Turizm sektorunun bütün iştirakçılarını müasir rəqəmsal həllərə uyğunlaşdırmaq üçün geniş proqram həyata keçirilir. Süni intellekt daxil olmaqla, müasir texnologiyaların tətbiqi qarşıdakı illərdə əsas prioritetlərdən olacaq. Yaxın 10 ildə Azərbaycanın turizm sektorunun bu sahədə əhəmiyyətli irəliləyiş əldə edəcəyinə inanır".