Dünya Bankı: Turizmdən daha çox gəlir əldə etmək üçün yerli bizneslərin payı artırılmalıdır

Turizm
  • 09 iyul, 2026
  • 13:23
Dünya Bankı: Turizmdən daha çox gəlir əldə etmək üçün yerli bizneslərin payı artırılmalıdır

Azərbaycanda turizmdən əldə olunan gəlirin daha böyük hissəsinin yerli sahibkarlara çatması üçün yeni turizm məhsulları inkişaf etdirilməlidir.

"Report" xəbər verir ki, bunu Dünya Bankının Cənubi Qafqaz üzrə baş iqtisadçısı Vael Mansur Bakıda keçirilən "İqtisadi artımı və diversifikasiyanı təmin etmək üçün Azərbaycanın turizm potensialının açılması" adlı tədbirin sual-cavab sessiyasında deyib.

Onun sözlərinə görə, mədəniyyət, sağlamlıq, təbiət və ekoturizm, eləcə də MICE (işgüzar görüşlər) turizmi üzrə dəyər zəncirləri daha dərindən inkişaf etdirilməlidir.

"Yerli bizneslər turistlərin xərclərindən daha çox faydalanmalıdır. Bunun üçün hökumət məqsədyönlü siyasət həyata keçirməli, yeni turizm məhsulları yaratmalı, insan resurslarını hazırlamalı və hədəf bazarlarda marketinq kampaniyalarını gücləndirməlidir", – deyə o qeyd edib.

44 filmi