Azərbaycandan Gürcüstana bu il səfər edənlərin sayı 1,2 mln nəfəri ötüb
Turizm
- 11 noyabr, 2019
- 11:35
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycandan Gürcüstana səfər edənlərin sayı 1 289 371 nəfər təşkil edib.
“Report”un yerli bürosu xəbər verir ki, bu göstərici Gürcüstanın Milli Turizm Administrasiyasının hesabatında əks olunub.
Ötən ilin eyni dövrü ilə müqayisədə qonşu ölkəyə səfər edən azərbaycanlı ziyarətçilərin sayında 83 569 nəfər, yaxud 6,9% artım qeydə alınıb.
Bu ilin ilk 10 ayında Gürcüstana səfər edən əcnəbilərin sayı baxımından Azərbaycan Rusiyadan (1 324 226 nəfər) sonra ikinci yeri tutub. İlk üçlüyü 1 114 122 nəfərlə Ermənistan tamamlayıb.
Hesabat dövründə qonşu ölkəyə, ümumilikdə, 8 020 230 əcnəbi ziyarətçi üz tutub. İllik müqayisədə bu göstərici 6,8% artıb.
Son xəbərlər
10:35
Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb
Digər
10:28
Ali Sevim: İnanıram ki, Zəngəzur dəhlizinin açılması mənim fəaliyyətim dövrümə təsadüf edəcək
Xarici siyasət
10:27
Azərbaycanda işsizlikdən sığorta haqqı yalnız nağdsız formada ödəniləcək
Maliyyə
10:17
Filippində göyərtəsində altı xarici vətəndaşın olduğu təyyarə qəzaya uğrayıb
Digər ölkələr
10:16
"İpək Yolu Sığorta" maliyyə vəziyyətini açıqlayıb
Maliyyə
10:14
Kambocada avtobusun gölə düşməsi nəticəsində beş məktəbli ölüb
Digər ölkələr
10:09
"Milan" futbolçusu Yunus Musanın müqaviləsinin müddətini uzatmaq istəyir
Futbol
10:05
Azərbaycan neftinin qiyməti 100 dollara düşüb
Energetika
10:05
Video
Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb
Xarici siyasət