Azərbaycan Slovakiya ilə turizm üzrə əməkdaşlıq memorandumu imzalayıb

Turizm
  • 15 iyul, 2026
  • 11:39
Azərbaycan Slovakiya ilə turizm üzrə əməkdaşlıq memorandumu imzalayıb

Azərbaycan Turizm Bürosu ilə "Slovakia Travel" arasında əməkdaşlıq memorandumu imzalanıb.

"Report" xəbər verir ki, imzalanma mərasimi Bakıda keçirilən Azərbaycan-Slovakiya biznes forumunda baş tutub.

Sənədi Azərbaycan Turizm Bürosunun İdarə Heyətinin sədr müavini Teymur Süleymanzadə və "Slovakia Travel"in baş icraçı direktorunun müavini Martina Urik Viktorinova imzalayıb.