Rusiyanın tanınmış müğənnisi Bakıya gəlir

Şou-biznes
  • 28 iyun, 2015
  • 10:44
Rusiyanın tanınmış müğənnisi Bakıya gəlir

Bakı. 28 iyun. REPORT.AZ Rusiyanın tanınmış müğənnisi Stas Mixaylov Bakıda növbəti dəfə konsert proqramı ilə çıxış edəcək.

"Report" xəbər verir ki, bu barədə məlumatı Heydər Əliyev Sarayının mətbuat xidməti yayıb.

Oktyabrın 1-də Heydər Əliyev Sarayının səhnəsində nümayiş etdiriləcək konsert proqramı "Я буду с тобой" adlanır. Konsertdə Stas Mixaylov populyar mahnılarını ifa edəcək.
Saat 20:00-da başlayacaq konsertin biletləri 29-139 manatdır.

Biletlər şəhərin mərkəzləşdirilmiş kassalarında satılır.

44 - Tezliklə