"Qremmi" mükafatının təqdimat mərasiminin vaxtı açıqlanıb

Şou-biznes
  • 13 may, 2015
  • 07:30
Qremmi mükafatının təqdimat mərasiminin vaxtı açıqlanıb

Bakı. 13 may. REPORT.AZ/ Dünyanın ən nüfuzlu musiqi mükafatı sayılan "Qremmi"nin 58-ci təqdimat mərasimi 2016-cı il fevralın 15-də Los-Anceles şəhərində keçiriləcək.

"Report" xəbər verir ki, mərasim ABŞ-ın CBS televiziyası vasitəsilə canlı yayımlanacaq.

Təqdimat Los-Ancelesin Staples Center idman-konsert kompleksində təşkil ediləcək.

58-ci "Qremmi" musiqi mükafatının keçirilməsinə 1 il vaxt qalmasına baxmayaraq, hazırlıq işlərinə start verilib.

Qeyd edək ki, 57-ci "Qremmi" mükafatının təqdimat mərasimini televiziya vasitəsilə 24,8 milyon insan izləyib. 

44 - Tezliklə