Elvis Preslinin şəxsi təyyarəsi satışa çıxarılacaq

Şou-biznes
  • 22 may, 2017
  • 20:49
Elvis Preslinin şəxsi təyyarəsi satışa çıxarılacaq
new.liveauctioneers.com

Bakı. 23 may. REPORT.AZ/ Bu həftə ABŞ-da rok-n-rollun kralı və atası hesab edilən Elvis Presliyə məxsus təyyarə hərraca çıxarılacaq.

"Report" xəbər verir ki, 1962-ci il istehsalı olan "Lockheed Jetstar" təyyarəsi 2-3,5 milyon dollar məbləğində qiymətləndirilir.

Hava gəmisinin dizaynı xüsusi olaraq musiqiçi üçün hazırlanıb.

Təyyarənin mühərriki olmadığı üçün lot alıcısına onu sərgi obyekti kimi istifadə etmək təklif olunacaq.