Castin Biberə qarşı məhkəmədə iddia qaldırılıb

Şou-biznes
  • 16 fevral, 2017
  • 08:19
Castin Biberə qarşı məhkəmədə iddia qaldırılıb

Bakı. 16 fevral. REPORT.AZ/ Məşhur kanadalı müğənni Castin Biberə qarşı adam döymə ittihamı ilə məhkəmədə iddia qaldırılıb.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, iddiaçı, 34 yaşlı Las-Veqas sakini Rodni Kennon müğənninin şəklini çəkdikdən sonra pop ulduz onu vurub. Ardından davaya musiqiçinin qrupu qoşulub.

Xəsarət alan şəxs xəstəxanaya müxtəlif xəsarətlər, o cümlədən beyin silkələnməsi ilə müraciət edib.

Qeyd edək ki, hadisə 2016-cı ilin iyun ayında baş verib. KİV-in məlumatına görə, R.Kennon münaqişəni öz aralarında həll etmək istədiyindən bir neçə ay gözləyib. Zərərçəkən qarşı tərəfin təklifdən imtina etdiyini iddia edib.

Klivlend polisi R.Kennonun iddiası əsasında araşdırma aparıldığını təsdiqləyib.

44 - Tezliklə