Zakir Qaralov vətəndaşları qəbul edəcək
- 01 dekabr, 2014
- 10:56
Bakı. 1 dekabr. REPORT.AZ/ Azərbaycan Respublikasının Baş prokuroru Zakir Qaralovdekabrın 5-də Abşeron rayon prokurorluğunun inzibati binasında Sumqayıt şəhəri, Abşeron, Qubadlı, Xızı və Zəngilan rayonlarında yaşayan vətəndaşların qəbulunu keçirəcək. Bu barədə "Report"a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.
Qəbula gəlmək istəyən vətəndaşların qeydiyyatı və Xırdalan şəhərinə gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcək. Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon və şəhər prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Müraciətlərə baxılması idarəsinin-437-28-79-nömrəli telefonu-və contact@prosecutor.gov.az elektron poçt ünvanı vasitəsilə də qəbula yazıla bilərlər.
Qeyd edək ki, qəbul saat 10:00-da başlayır.