Yeni nazir iki şöbəyə rəhbərliyi qadınlara həvalə edib

Sosial müdafiə
  • 11 may, 2018
  • 10:47
Yeni nazir iki şöbəyə rəhbərliyi qadınlara həvalə edib
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev

Bakı. 11 may. REPORT.AZ/ Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində kadr islahatları davam edir.

"Report" xəbər verir ki, nazirliyin Daxili nəzarət şöbəsinin müdiri vəzifəsinin icrası Günel Nəsibovaya, Kadr və kadr hazırlığı şöbəsinin müdiri vəzifəsinin icrası isə Südabə Cəfərovaya həvalə edilib.

Qeyd edək ki, bu günə qədər Daxili nəzarət şöbəsinə Sultan Hacıyev, Kadr və kadr hazırlığı şöbəsinə isə Qurbanəli Əsədov rəhbərlik edib.