67 yaşlı atlet: "Gələn il beynəlxalq Xankəndi marafonunda nəticəmi yaxşılaşdırmağa çalışacağam"
- 11 oktyabr, 2026
- 15:39
Yeniliklərdən dərhal xəbərdar olun!
Gələn il beynəlxalq Xankəndi marafonunda nəticəmi yaxşılaşdırmağa çalışacağam.
Bu fikirləri III Beynəlxalq Xankəndi Ultramarafonunun 67 yaşlı iştirakçısı Loğman Məmmədov "Report"un Xankəndinə ezam olunan əməkdaşına müsahibəsində səsləndirib.
L.Məmmədov Xankəndi Ultramarafonunun ən yaşlı iştirakçılarından biridir. O, bildirib ki, yarışa qatıldığı üçün özünü xoşbəxt hiss edir:
"Zəfər" marafon klubunun üzvüyəm. Marafona ciddi hazırlaşmışdım. Açığını deyim ki, bəlkə də bacarmaram deyə çox həyəcanlıydım".
L.Məmmədov etiraf edib ki, bəzən yorulub, amma ruhdan düşməyib:
"Məntəqələr arası məsafə uzaq olduğu üçün, bəzən çox yorulurdum. Çox sevinirəm ki, marafonu başa vurdum. Yaşımın çox olmasına baxmayaraq, gələn il bu nəticəmi yaxşılaşdırmağa çalışacağam. Nəticə əldə edəcəyimə inanıram".