Şəhid ailələri və qazilərin təhsilinə 1 milyon manatdan çox vəsait xərclənib

Sosial müdafiə
  • 13 oktyabr, 2022
  • 08:07
Şəhid ailələri və qazilərin təhsilinə 1 milyon manatdan çox vəsait xərclənib

"YAŞAT" Fondu tərəfindən bu günədək şəhidlərin ailə üzvləri və müharibə əlillərinin təhsil, peşə hazırlığı və yaradıcı potensialının inkişafı istiqaməti üzrə 1 066 234.04 AZN vəsait xərclənib.

Bu barədə "Report"a “YAŞAT” Fondundan məlumat verilib.

Şəhid ailəsi üzvlərinin 281, müharibə əlillərinin isə 57 müraciəti təmin edilib, bu istiqamət üzrə müxtəlif layihələr həyata keçirilib.