Keçən il nikah yaşına çatmayan qadınların dünyaya gətirdiyi uşaqların sayı açıqlanıb
- 21 aprel, 2015
- 04:21
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 21 aprel. REPORT.AZ/ 2014-cü ildə Azərbaycanda nikah yaşına çatmayan qadınların dünyaya gətirdiyi uşaqların sayı açıqlanıb. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin baş məsləhətçisi Aynur Veysəlova "Report"a açıqlamasında deyib ki, ötən il nikah yaşına çatmayan qadınların 3 098 uşaq dünyaya gətirdiyi məlum olub: "15-17 yaşında olan və nikah yaşına çatmayan anaların dünyaya gətirdikləri uşaqların statistikasını Ədliyyə Nazirliyi aparıb. Bu rəqəm Azərbaycanda qeydə alınmayan erkən nikahların mövcud olduğunu göstərir. Rəsmi məlumat olmadığı üçün, uşaqların sayına əsaslanaraq qeydə alınmayan erkən nikahların 3000-3500 arasında olduğunu söyləyə bilərik".
A.Veysəlova qeyd edib ki, son illərdə rəsmi olaraq 18-yaşadək nikaha girən qızların sayı azalıb.