Naxçıvanda oktyabr ayının pensiya ödənişləri yekunlaşdırılıb

Sosial müdafiə
  • 07 oktyabr, 2026
  • 17:12
Naxçıvanda oktyabr ayının pensiya ödənişləri yekunlaşdırılıb

Naxçıvan Muxtar Respublikası (MR) üzrə oktyabr ayının pensiya ödənişləri yekunlaşdırılıb.

"Report"un yerli bürosu xəbər verir ki, Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən oktyabr ayının pensiya ödənişi başa çatdırılıb.