Naxçıvanda nikahların sayı azalıb, boşanmalar artıb
Sosial müdafiə
- 28 aprel, 2017
- 09:11
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 28 aprel. REPORT.AZ/ Ötən il Naxçıvan Muxtar Respublikasında 2661 nikah qeydə alınıb.
"Report" muxtar respublikanın Statistika Komitəsinə istinadən xəbər verir ki, 2016-cı ildə 417 boşanma faktı baş verib.
Muxtar respublikada 2010-cu illə müqayisədə nikahların sayında azalma baş versə də, boşanmaların sayında artım qeydə alınıb.
Belə ki, qeyd olunan il 3397 nikah, 333 boşanma qeydə alınıb.
Ən çox boşanma faktı Naxçıvan şəhərində olub. Ötən il qeydə alınan 554 nikaha qarşı 135 boşanma olub.
Ən aşağı göstərici isə Sədərək və Culfa rayonları üzrə qeydə alınıb. Sədərək üzrə 91 nikah, 94 boşanma, Culfada isə 268 nikah və 25 boşanma faktı qeydə alınıb.
Son xəbərlər
08:05
Sumqayıtda 32 yaşlı kişi dəm qazından boğularaq ölüb
Hadisə07:35
Tramp Vaşinqtonun husilərlə əlaqədə olduğunu bildirib
Digər ölkələr07:08
WSJ: ABŞ səfirinin yunan oliqarxlardan hədiyyələr alması iddiaları ilə bağlı araşdırma aparılır
Digər ölkələr06:37
El-Ninyonun təsiri ilə Sakit okean rekord dərəcədə istiləşib
Ekologiya06:10
Yaponiyada yeni GCAP qırıcısının hazırlanması mərkəzi açılacaq
Digər ölkələr05:44
İranda daşqınlar nəticəsində bir nəfər ölüb, iki nəfər itkin düşüb
Region05:18
ABŞ Oman körfəzində yük gəmisinə zərbə endirib
Digər ölkələr04:43
NYT ABŞ-nin Rusiya və Ukraynaya təklif etdiyi sövdələşmənin detallarını açıqlayıb
Digər ölkələr04:06