​Naxçıvana gələn turistlərin sayı açıqlanıb

Sosial müdafiə
  • 22 iyun, 2016
  • 07:15
​Naxçıvana gələn turistlərin sayı açıqlanıb

Bakı. 22 iyun. REPORT.AZ/ Bu ilin yanvar-may aylarında Naxçıvan Muxtar Respublikasına 147 542 nəfər turist gəlib.

"Report" muxtar respublikanın Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu göstərici 2015-ci ilin müvafiq dövründəki göstəricidən 4 faiz və ya 5675 nəfər çoxdur.

Qeyd edək ki, ötən il muxtar respublikaya 389 823 turist gəlib.