Metyu Robert Bolduin: Bir çox ölkələrdə insanlar əməkhaqqı ilə mənzil ala bilmirlər

Sosial müdafiə
  • 19 may, 2026
  • 13:36
Metyu Robert Bolduin: Bir çox ölkələrdə insanlar əməkhaqqı ilə mənzil ala bilmirlər

Bir çox ölkələrdə insanlar əməkhaqqları ilə mənzil ala bilmirlər.

"Report" xəbər verir ki, bunu Avropa Komissiyasının Mənzil İşçi Qrupuna rəhbərlik edən baş direktor müavini Metyu Robert Bolduin Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində "Qlobal Koalisiyaların Mərkəzində Mənzil" adlı tədbirdə deyib.

Onun sözlərinə görə, bu problemin varlığı həmin ölkələrin iqtisadiyyatından xəbər verir:

"Bu çox önəmli faktordur. Xüsusilə gənclərə mənzil təminatı üçün şərait yaratmalıyıq. Avropa mənzil təminatı sahəsində öz təcrübələrin bölüşməyə hazırdır".

44 - Tezliklə