Himalay Məmişov: "Müraciətlərin 70 faizi yerində həll edilib"

Sosial müdafiə
  • 29 dekabr, 2021
  • 08:02
Himalay Məmişov: Müraciətlərin 70 faizi yerində həll edilib

"Vahid əlaqələndirmə mərkəzinə müraciət edən şəxslərdən 70 faizinin müraciəti yerində həll edilib".

"Report" xəbər verir ki, bunu Dövlət Sosial Müdafiə Fondunun sədri Himalay Məmişov "2021-ci ilin yekunlarına dair" mətbuat konfransında bildirib.

"Vahid Əlaqələndirmə Mərkəzlərinin 3 regional mərkəz olmaqla 12 min nəfərə xidmət göstərməsi nəzərdə tutulub", - o bildirib.