CENTCOM: ABŞ İranın blokadası çərçivəsində 82 ticarət gəmisinin istiqamətini dəyişdirib
- 29 avqust, 2026
- 08:24
Yeniliklərdən dərhal xəbərdar olun!
ABŞ silahlı qüvvələri Vaşinqton tərəfindən İrana qarşı tətbiq edilən blokadanın təmin edilməsi çərçivəsində avqustun 28-nə olan vəziyyətə görə 82 ticarət tankerinin istiqamətini dəyişdirib, üç gəmini sıradan çıxarıb və daha ikisinə baxış keçirib.
"Report" xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) "X" sosial şəbəkəsində məlumat yayıb.
Komandanlıq dəqiqləşdirib ki, əməliyyatlar İranın blokadasına riayət olunmasını təmin etmək çərçivəsində regional sularda həyata keçirilir.
Xüsusən də, ABŞ Hərbi Dəniz Qüvvələrinin "USS John Paul Jones" (DDG 53) esminesi bu əməliyyatlarda iştirak edərək regional sularda patrul xidməti aparır.
A U.S. Sailor stands lookout watch aboard USS John Paul Jones (DDG 53) as the ship sails in regional waters enforcing the U.S. blockade against Iran. As of Aug. 28, CENTCOM forces have redirected 82 commercial vessels, disabled 3 and boarded 2 to ensure compliance. pic.twitter.com/998Y78RSpV
— U.S. Central Command (@CENTCOM) August 28, 2026