Hafiz Səfixanov: Minatəmizləmədə itlərdən istifadə çox əlverişlidir
- 20 oktyabr, 2026
- 12:53
Yeniliklərdən dərhal xəbərdar olun!
Minatəmizləmə fəaliyyətində itlərin dəstəyindən istifadə çox əlverişlidir.
"Report" xəbər verir ki, bunu "Minalar Əleyhinə Azərbaycan Kampaniyası" İctimai birliyinin sədri Hafiz Səfixanov deyib.
"Bizdə elə ərazilər var, xüsusilə Tərtər-Ağdərə istiqamətində məftillər qəsdən doğranıb, yerə atılıb. Bu isə minatəmizləyənlərə ciddi çətinlik yaradır. Çünki mina detektorları bütün metallara reaksiya verir. Ona görə minatəmizləyənlər məcbur olurdular yerdəki bütün metalları təmizləsinlər. Elə vaxt olub ki, minatəmizləyənlər bu problemə görə gün ərzində 1 metr belə irəliləyə bilməyiblər. Bu baxımdan, minatəmizləmədə itlərin dəstəyindən istifadə çox əlverişlidir. Çünki itlər yalnız minaya reaksiya verirlər və bu, minatəmizləmə işini asanlaşdırır", - o qeyd edib.