Gəncədə əmək yarmarkası keçirilib
Sosial müdafiə
- 23 may, 2023
- 11:23
Gəncə şəhərində əmək yarmarkası keçirilib.
"Report"un Qərb bürosunun məlumatına görə, tədbir Azərbaycan Texnologiya Universiteti və Dövlət Məşğulluq Agentliyinin birgə təşkilatçılığı ilə baş tutub.
Tədbirdə universitetdə əmək bazarının tələblərinə uyğun kadr hazırlanması istiqamətində görülən işlərdən danışılıb.
Universitetin bu il məzun olacaq 660 tələbə və magistrantları, eləcə də ötən illər üzrə məzunları işəgötürənlərin stendlərinə yaxınlaşaraq vakansiyalarla yaxından tanış olub, şəxsi məlumatlarını təqdim ediblər.
Bir sıra dövlət və özəl müəssisələri, eləcə də banklar yarmarkada işəgötürənlər qismində çıxış edib.
Ümumilikdə əmək yarmarkasında 40-dan çox müəssisə tərəfindən 400-dən çox vakansiya təqdim olunub.
Son xəbərlər
11:31
ABŞ Dövlət Departamenti: Azərbaycan fiskal şəffaflıq tələblərinə cavab verir
Maliyyə11:21
"Atletiko" dünya çempionu olmuş Kristian Romeronu heyətinə qatıb
Futbol11:20
Foto
Bakının əsas küçə və prospektləri yuyulub
Daxili siyasət11:09
Azərbaycan XİN Konqonu Milli Günü münasibətilə təbrik edib
Xarici siyasət11:01
Bu ilin 7 ayında ASCO gəmiləri ilə TIR və avtotexnika daşımalarının həcmi 10 % artıb
İnfrastruktur10:42
Video
Hövsanda mağazanın tavanı çöküb, xəsarət alan var
Hadisə10:39
Ötən gün vətəndaşlardan qanunsuz saxlanılan 7 silah götürülüb
Daxili siyasət10:39
Niderland millisinin futbolçusu Kodi Qakpo "Tottenhem"ə keçməyə yaxındır
Futbol10:32
Foto
Video