Ev, otaq yoldaşı və usta — bir ünvanda: Birev.az
- 20 oktyabr, 2026
- 15:36
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycanın daşınmaz əmlak elanları platforması Birev.az ev axtarışını, otaq yoldaşı və usta tapmağı bir saytda birləşdirir. Saytda Azərbaycanın şəhər və rayonları üzrə mənzil, həyət evi, ofis, torpaq və kommersiya obyektlərinin satış, kirayə və günlük kirayə elanları yerləşdirilir.
Əmlak elanlarından əlavə, saytda otaq və ya otaq yoldaşı axtaranlar üçün "Otaq yoldaşı", təmir və məişət xidmətləri üçün "Ustalar" bölməsi, elanları qısa video formatında göstərən "Trend" lenti və yoxlanılmış agentliklərin səhifələri fəaliyyət göstərir.
Ev axtaran istənilən axtarışı yadda saxlayıb yeni uyğun elan çıxan kimi bildiriş ala bilər, hətta qeydiyyatdan keçmədən. Satıcı isə elana evin videoicmalını əlavə edə bilər. "Otaq yoldaşı" elanlarında təhlükəsizlik üçün dəqiq ünvan göstərilmir, yalnız ərazi yazılır.
Saytda hər elan dərc olunmazdan əvvəl moderatordan keçir, şəxsiyyətini təsdiqləyən istifadəçilər isə "Təsdiqlənmiş hesab" nişanı alır. Elan yerləşdirmək pulsuzdur.
Birev.az haqqında
Birev.az Azərbaycanın daşınmaz əmlak elanları platformasıdır. Saytda mənzil, həyət evi, ofis, torpaq, qaraj və kommersiya obyektləri sahibləri, agentliklər və tikinti şirkətləri tərəfindən satış, kirayə və günlük kirayə üçün yerləşdirilir. Platformada həmçinin "Otaq yoldaşı" və "Ustalar" bölmələri, bazar qiymətləri statistikası və alıcılar üçün bələdçilər fəaliyyət göstərir. Sayt Azərbaycan dilindədir.
Media üçün əlaqə
• Sayt: birev.az
• E-poçt: info@birev.az
• Telefon: (055) 992-90-99
• Ünvan: WinterPark Plaza, Rəsul Rza küçəsi 75, Bakı, AZ1014