DSMF sədri Gəncədə vətəndaşları qəbul edəcək
- 15 aprel, 2015
- 07:13
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 15 aprel. REPORT.AZ/ Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Elman Mehdiyev aprelin 24-də Gəncə Aqrar Universitetinin inzibati binasında Gəncə şəhəri, Samux, Göygöl, Daşkəsən və Kəlbəcər rayonlarının sakinləri olan məcburi dövlət sosial sığorta ödəyiciləri və pensiyaçılar üçün qəbul keçirəcək. Bu barədə "Report"a DSMF-nin İctimaiyyətlə əlaqələr sektorundan məlumat verilib. Qəbula yazılmaq və əlavə məlumat almaq istəyən vətəndaşlar DSMF-nin info@sspf.gov.az elektron poçt ünvanı ilə əlaqə saxlaya bilərlər.
Qəbulda iştirak edəcək vətəndaşların aprelin 24-də DSMF-nin müvafiq rayon şöbələrinin inzibati binasının qarşısından xüsusi ayrılmış nəqliyyatla qəbulun keçiriləcəyi ünvana aparılıb-gətirilmələri təmin olunacaq.