Dövlət Miqrasiya Xidməti: Kadr dəyişiklikləri ilə bağlı əsaslı addımlar atılmayıb

Sosial müdafiə
  • 04 may, 2018
  • 06:41
Dövlət Miqrasiya Xidməti: Kadr dəyişiklikləri ilə bağlı əsaslı addımlar atılmayıb
Dövlət Miqrasiya Xidməti

Bakı. 4 may. REPORT.AZ/ “Dövlət Miqrasiya Xidmətində kadr dəyişiklikləri ilə bağlı əsaslı addımlar atılmayıb”.

Bu barədə “Report”un sorğusuna cavab olaraq Dövlət Miqrasiya Xidmətinin (DMX) mətbuat xidmətindən bildirilib.

Qurumdan verilən açıqlamaya görə, DMX-nın yeni rəisi Vüsal Hüseynov keçirdiyi müşavirədə bildirib ki, kadr islahatları olacaq: “Lakin hazırda kadr dəyişiklikləri ilə bağlı əsaslı addımlar atılmayıb”.

DMX-dan o da bildirilib ki, Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov hazırda ali xüsusi rütbə daşımır.

Qeyd edək ki, vəzifəsinə uyğun olaraq V.Hüseynova ali xüsusi rütbə veriləcəyi gözlənilir.

44 filmi