Daşkənddə MDB ölkələrində sosial müdafiənin təşkili məsələləri müzakirə olunub

Sosial müdafiə
  • 31 oktyabr, 2025
  • 18:11
Daşkənddə MDB ölkələrində sosial müdafiənin təşkili məsələləri müzakirə olunub

Özbəkistanın paytaxtı Daşkənd şəhərində MDB ölkələrində sosial müdafiənin təşkili məsələləri müzakirə edilib.

"Report"a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən (ƏƏSMN) verilən məlumata görə, Özbəkistanın Daşkənd şəhərində Müstəqil Dövlətlər Birliyinin (MDB) iştirakçı dövlətlərinin əmək, məşğulluq və əhalinin sosial müdafiəsi üzrə Məşvərət Şurasının 38-ci iclası keçirilib.

İclasda Azərbaycanı əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Rəşad Mustafayev və Nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Vəli Quliyev təmsil edib.

R.Mustafayev iclasda çıxış edərək, son illər Azərbaycanda əmək, məşğulluq və sosial müdafiə sahəsində aparılan islahatlar və əldə olunan uğurlar barədə məlumat verib. O, ölkədə əməkhaqqı, pensiya və digər sosial ödənişlərdə ciddi artımlara nail olunduğunu, sosial müdafiə sisteminin gücləndirilməsi, aktiv məşğulluq proqramlarının genişləndirilməsi istiqamətində atılan addımları qeyd edib. Əmək, məşğulluq və sosial müdafiə sahələrində xidmətlərin rəqəmsallaşdırılması, o cümlədən proaktiv xidmətlərin yaradılması istiqamətində son illər əldə edilən mühüm nailiyyətləri diqqətə çatdırıb.

Nazir müavini həmçinin "Əmək münasibətlərində rəqəmsal transformasiyanın tətbiqi" mövzusunda təqdimatla çıxış edib. Azərbaycanda əmək və məşğulluq sahələrində yaradılmış elektron xidmətlər, 2022-ci ildə istifadəyə verilən, vahid əmək münasibətləri platforması olan və rəqəmsal kadr uçotu sisteminə keçidi təmin edən "Əmək və Məşğulluq" altsisteminin üstünlükləri barədə məlumat verilib. Bu platforma üzərindən əmək müqavilələrinin elektronlaşdırıldığı diqqətə çatdırılıb.

Azərbaycanda sosial sahədə tətbiq edilən rəqəmsal həllər iclas iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb və müsbət qiymətləndirilib.

Son xəbərlər

Bütün Xəbər Lenti