Cəbrayıl sakini: Dövlət biznesimizi inkişaf etdirmək üçün bizə yetərli dəstək verib
- 24 sentyabr, 2026
- 17:21
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan dövləti Cəbrayıla qayıdan sahibkarlara bizneslərini inkişaf etdirmək üçün yetərli dəstək verib.
"Report"un Cəbrayıla ezam olunan əməkdaşı xəbər verir, ki, bunu Dövlət Məşğulluq Agentliyinin dəstəyi ilə biznes fəaliyyətini genişləndirən yerli sahibkar Bayram Əliyev deyib.
"Mən Cəbrayıla köçdkdən sonra öz sahəm üzrə əmək fəaliyyərimi davam etdirmək üçün Dövlət Məşğulluq Agentliyinə müraciət etdim. Qısa müddət ərzində avtomobil təkərlərinin təmiri üçün müasir təkərçıxarma, balansyoxlama, hava kompressoru və əlavə avadanlıqlarla təmin olunmuşuq. Əvvəllər primitiv üsulla gördüyümüz işləri artıq müasir avadanlıqlarla icra edirik. Bu da işimizi daha sürətli və rahat görməyə imkan verir".
Özünəməşğulluq proqramından yaralanan digər sahibkar İlham Həmidov isə öz biznes fəaliyyətini ət satışı sahəsi üzrə davam etdirdiyini söyləyib:
Hər iki sahibkar gələcəkdə öz işlərini daha da genişləndirmək niyyətində olduqlarını bildirblər.