Azərbaycanın birinci xanımı Türkandakı respublika xüsusi internat məktəbinin açılışında iştirak edib
Sosial müdafiə
- 15 sentyabr, 2014
- 11:12
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 15 sentyabr. REPORT.AZ/ Sentyabrın 15-də Bakının Xəzər rayonunun Türkan qəsəbəsində sağlamlıq imkanları məhdud uşaqlar üçün 6 saylı respublika xüsusi internat məktəbi yenidənqurma işlərindən sonra istifadəyə verilib. Report-un məlumatına görə, Heydər Əliyev Fondunun təşəbbüsü ilə yenidən qurulan internat məktəbinin açılış mərasimində Azərbaycanın birinci xanımı, Fondun prezidenti, Milli Məclisə Xəzər rayonundan deputat seçilmiş Mehriban Əliyeva iştirak edib.
- Qeyd edək ki, internat məktəbi Heydər Əliyev Fondunun “Uşaq evləri və internat məktəblərinin inkişafı” Proqramı çərçivəsində yenidən qurulub.
- Məktəbdə nitq qüsuru olan 175 şagird təhsil alır və yaşayır. İnternat məktəbində yeni korpuslar tikilib, müasir avadanlıq quraşdırılıb. Burada şagirdlər ümumi təhsil almaqla yanaşı loqopedlər tərəfindən müalicə olunurlar. Onlara müalicəvi bədən tərbiyəsi və musiqili ritmika dərsləri keçirilir. Məktəbin üçmərtəbəli tədris korpusu tamamilə yenidən qurulub, müasir sinif otaqları, kompüter, kitabxana, yeni idman zalı, aviasiya bilikləri, rəsm otaqları, xalçaçılıq kabineti, istirahət, şahmat otaqları yaradılıb, mebel və digər lazımi avadanlıqla təmin olunub. Məktəbdə 200 nəfərlik yeni yeməkxana, həkim, inyeksiya otaqları və tibb məntəqəsi fəaliyyət göstərir. Təhsil ocağında şagirdlərin gecələməsi üçün 20 palata, hər biri 60 nəfərlik 2 televizor zalı, 120 nəfərlik akt zalı var. Məktəbdə ikimərtəbəli yeni tədris-istirahət və məişət korpusları da tikilib, ərazidə müxtəlif idman ləvazimatları ilə təchiz edilən futbol, voleybol və basketbol meydançaları inşa edilib. Burada əsaslı abadlıq və yaşıllaşdırma işləri aparılıb. Yenidənqurma işlərindən sonra məktəb kompleksi 4 korpusdan, açıq tipli 3 idman meydançasından və 1 qapalı idman zalından ibarətdir.
Son xəbərlər
20:14
Dünya çempionatı: Azərbaycanın iki güləşçisi finala vəsiqə qazanıb
Fərdi
20:09
İlham Əliyev Azərbaycan-Timor-Leste yığmalarının oyununu izləyir - Yenilənib
Futbol
19:48
Foto
FIFA U-15 dünya çempionatı və festivalının açılış mərasimi keçirilib - Yenilənib
Futbol
19:40
İordaniyada kilsədə törədilən terror aktı qurbanlarının sayı artıb - Yenilənib
Digər ölkələr
19:34
Foto
İnfantino: Bakıda keçirilən FIFA U-15 dünya çempionatı və festivalı dünyanı birləşdirir
Futbol
19:31
Zelenski Ukraynada "Starlink"in işinin bərpa olunduğunu bildirib
Digər ölkələr
19:29
Foto
Samir Şərifov: Azərbaycan FIFA U-15 dünya çempionatı və festivalına ev sahibliyi etməkdən qürur duyur
Futbol
19:22
Foto
Ceyhun Cəlilov Ordubadda vətəndaş qəbulu keçirib
Daxili siyasət
19:04
İranda casusluq ittihamı ilə iki nəfər həbs olunub
Region