Azərbaycanda peşə və kvalifikasiya standartlarının 1 800-ə çatdırılması nəzərdə tutulur

Sosial müdafiə
  • 30 sentyabr, 2025
  • 14:40
Azərbaycanda peşə və kvalifikasiya standartlarının 1 800-ə çatdırılması nəzərdə tutulur
Anar Əliyev

Azərbaycanda peşə və kvalifikasiya standartlarının 1 800-ə çatdırılması nəzərdə tutulur.

Report" xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Bakı İqlim Fəaliyyəti Həftəsinin (BCAW2025) ikinci günündə çıxışı zamanı deyib.

Nazir qeyd edib ki, ölkədə son illər ərzində əmək bazarında məşğulluq tədbirlərinin genişləndirilməsi istiqamətində bir çox proqramlar uğurla icra edilib:

"Təkcə ötən il ərzində 407 min şəxs məşğulluq tədbirlərinə cəlb edilib və 160 min nəfər işlə təmin olunub, 17 min nəfər özünüməşğulluğa və 16 min nəfər peşə hazırlığına cəlb edilib. 204 min nəfərə peşəyönümü məsləhət xidməti göstərilib. 10 min nəfər isə işsizlikdən sığorta ödənişi ilə təmin edilib. Həmçinin 1400-ə yaxın peşə və kvalifikasiya standartı hazırlanıb, növbəti ilin sonuna kimi bu standartların sayının 1 800-ə çatdırılması nəzərdə tutulur".

Son xəbərlər

Bütün Xəbər Lenti