Azərbaycanda Novruz bayramının tətil günləri başlayıb
Sosial müdafiə
- 18 mart, 2016
- 20:00
Bakı. 19 mart. REPORT.AZ/ Azərbaycanda Norvuz bayramı ilə əlaqədar tətil günləri başlayıb.
"Report" xəbər verir ki, bayramla əlaqədar 9 gün iş olmayacaq.
Belə ki, Nazirlər Kabinetinin qərarına əsasən, Novruz bayramı ilə əlaqədar 20, 21, 22, 23, 24 mart qeyri-iş günüdür.
Əmək Məcəlləsinə əsasən, martın 20-si qeyri-iş gününə-bazar gününə düşdüyündən martın 25-i (cümə günü) qeyri-iş günü hesab olunacaq.
Bu gün - martın 19-u şənbə gününə təsadüf etdiyindən iş olmayacaq.
Beləliklə, Novruz bayramında martın 19, 20, 21, 22, 23, 24, 25, 26, 27-si iş olmayacaq. Bayramdan sonra növbəti iş günü martın 28-nə təsadüf edir.
Son xəbərlər
04:54
Rusiyanın Odesaya hava zərbələri nəticəsində dörd nəfər ölüb, altı nəfər yaralanıb
Digər ölkələr04:41
ABŞ Prezidenti İranı hər hücuma cavab olaraq 20 zərbə ilə hədələyib
Digər ölkələr04:16
Tramp: İran nümayəndələri sazişi müzakirə etmək üçün əlaqə saxlayır
Digər ölkələr03:57
Almaniyada gimnaziyaya hücum edən yeniyetmənin silahı atəş açmayıb
Digər ölkələr03:31
"Fox News": ABŞ Ərəbistan dənizində təxminən 20 hərbi gəmi cəmləşdirib
Digər ölkələr03:14
UEFA Rusiyanın beynəlxalq yarışlara qayıtmasını bloklaya bilər
Futbol02:47
Pakistan ABŞ və İranı İslamabad memorandumuna riayət etməyə çağırıb
Digər ölkələr02:29
Vuçiç: Bir sıra ölkələr bizdən Rusiyaya qarşı sanksiyalar tələb edir
Digər ölkələr02:24