​Azərbaycanda “İstedadlı əkizlər” adlı yarış keçirilib - FOTO

Sosial müdafiə
  • 23 aprel, 2015
  • 10:53
​Azərbaycanda “İstedadlı əkizlər” adlı yarış keçirilib - FOTO

Bakı. 23 aprel. REPORT.AZ/ Gəncədəki Uşaq Yaradıcılıq Mərkəzində şəhərin ümumtəhsil məktəblərində təhsil alan əkizlərin iştirakı ilə “İstedadlı əkizlər” adlı yarış keçirilib. 

“Report” AZƏRTAC-a istinadən xəbər verir ki, yarışda üçəmlər də iştirak ediblər.

İlk dəfə təşkil olunan yarışda 20-dən artıq cütlük öz bacarığını nümayiş etdirib. Ən yaxşı şeir söyləyən, mahnı oxuyan, musiqi alətində ifa edən, hətta aktyorluq bacarığını nümayiş etdirən əkizlər Uşaq Yaradıcılıq Mərkəzinin xatirə hədiyyələri ilə mükafatlandırılıblar.