Azərbaycanda 126 yaşlı seçici səsvermədə iştirak edib - FOTO

Sosial müdafiə
  • 01 noyabr, 2015
  • 05:51
Azərbaycanda 126 yaşlı seçici səsvermədə iştirak edib - FOTO

Bakı. 1 noyabr. REPORT.AZ/ Azərbaycanda 126 yaşlı seçici səsvermədə iştirak edib. “Report”un xəbərinə görə, adı 89 saylı Göyçay-Ağdaş seçki dairəsi 24 saylı məntəqəsinin seçicilər siyahısında olan 1889-cu il təvəllüdlü Gözəl Dadaşovanın yaşadığı evə daşınan seçki qutusu gətirilib. O, evində səs verib.

Qeyd edək ki, G.Dadaşova 1889-cu ildə Şamaxının Sündü kəndində anadan olub. Hazırda Göyçay rayonunun Orta Qəsil kəndində yaşayır.