Azad olunmuş ərazilərdə 6300-dən çox şəxsin məşğulluğu təmin edilib

Sosial müdafiə
  • 24 oktyabr, 2025
  • 15:51
Azad olunmuş ərazilərdə 6300-dən çox şəxsin məşğulluğu təmin edilib

Azad olunmuş ərazilərə köçürülən 6300-dən çox şəxsin məşğullu təmin olunub.

Bunu "Report"un bölgəyə ezam edilmiş əməkdaşına açıqlamasında Dövlət Məşğulluq Agentliyinin Media və İnformasiya təminatı şöbəsinin müdiri Əsmər Nəcməddinqızı deyib.

Onun sözlərinə görə, işğaldan azad olunmuş ərazilərə köç prosesi baş tutuduqca, diqqətdə saxlanılan əsas məsələlərdən biri də vətəndaşların öz doğma yurdlarında özünüməşğulluq tədbirləri ilə əhatə olunmalarıdır:

"Köçün ilk günlərindən başlayaraq, Məşğulluq Agentliyi tərəfindən həm köçən, həm də köçə hazırlaşan vətəndaşlarla işlərin aparılmasına başlanılıb. Görülən işlər çərçivəsində artıq 6300-dən çox şəxs müxtəlif istiqamətlərdə məşğulluq tədbirlərinə cəlb olunub.

Artıq Xocalıda istehsal, xidmət və kənd təsərrüfatı istiqaməti üzrə özünüməşğulluq proqramı çərçivəsində öz təsərrüfatlarını, bizneslərini quran şəxslərin sayı 130-a çatıb. Ümumilikdə isə işğaldan azad olunmuş ərazilərdə artıq 500-dən çox şəxs aktivlərlə təmin edilib. Bu proses Dövlət Məşğulluq Agentliyi tərəfindən davam etdirilir".

Son xəbərlər

Bütün Xəbər Lenti