​“ASAN xidmət” qeyri-iş günlərində fəaliyyətini davam etdirəcək

Sosial müdafiə
  • 19 mart, 2015
  • 09:02
​“ASAN xidmət” qeyri-iş günlərində fəaliyyətini davam etdirəcək

Bakı. 19 mart. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan “ASAN xidmət” mərkəzləri Novruz bayramı ilə əlaqədar elan edilmiş qeyri-iş günlərində də öz fəaliyyətini davam etdirəcək. Bu barədə “Report”a Dövlət Agentliyindən məlumat verilib.

Məlumatda qeyd edilib ki, 20-24 mart tarixində “ASAN xidmət” mərkəzlərində qeyri-iş günüdür. Martın 25-dən isə vətəndaşlar “ASAN xidmət” mərkəzlərinə müraciət etməklə müvafiq xidmətlərdən yararlana biləcəklər.

44 - Tezliklə