"ASAN xidmət"də çalışanların 40 faizi qadınlardır 

Sosial müdafiə
  • 11 fevral, 2021
  • 06:29
ASAN xidmətdə çalışanların 40 faizi qadınlardır 

Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin əməkdaşlarının 60%-i kişilər, 40%-i qadınlardır.

"Report" xəbər verir ki, bu, Dövlət Agentliyinin 2020-ci il üzrə hesabatında öz əksini tapıb.

Qeyd olunub ki, Dövlət Agentliyində orta yaş həddi isə 32-dir.

Qeyd edək ki, ötən il daha 87 nəfər Dövlət Agentliyinə qulluğa qəbul olunub və beləliklə də agentlikdə çalışan işçilərin sayı artırılıb.