Nigerdə iki hücumda təhlükəsizlik qüvvələrinin 50-dən çox üzvü öldürülüb

Digər ölkələr
  • 28 sentyabr, 2026
  • 22:52
Nigerdə iki hücumda təhlükəsizlik qüvvələrinin 50-dən çox üzvü öldürülüb

Nigerin qərbində, "İslam Dövləti"nin regional qolu da daxil olmaqla cihadçı qrupların fəal olduğu Sahel bölgəsində iki hücum nəticəsində ölkənin təhlükəsizlik qüvvələrinin 50-dən çox üzvü öldürülüb.

"Report" xəbər verir ki, bu barədə "Reuters"ə məlumatı iki təhlükəsizlik mənbəsi açıqlayıb.

Mənbələrin bildirdiyinə görə, ötən həftənin çərşənbə günü Abala-Filinqe şəhəri yaxınlığında jandarmlardan ibarət konvoya pusqu qurulub. Şənbə günü isə Birni-Nkonni şəhərində baş verən ayrı-ayrı hücum nəticəsində 30-dan çox hərbçi öldürülüb.

Mənbələr hücumların terrorçular tərəfindən həyata keçirildiyini bildirib, lakin əlavə təfərrüat verməyiblər.

44 - Tezliklə