Anar Əliyev: Minimum əməkhaqqının artırılması özəl sektorda maaş artımlarına təkan verir

Sosial müdafiə
  • 18 noyabr, 2026
  • 13:21
Anar Əliyev: Minimum əməkhaqqının artırılması özəl sektorda maaş artımlarına təkan verir

Minimum əməkhaqqının artırılması və dövlət sektorunda maaşların mütəmadi yüksəldilməsi özəl sektora da birbaşa təsir göstərir. Bu, özəl sektorda rəqabət mühitinin formalaşmasına və əməkhaqlarının artmasına stimul yaradır.

"Report" xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev "Peşə Təhsili Forumu" çərçivəsində təşkil olunan "Dəyişən iqtisadiyyat, dəyişən bacarıqlar: Gələcəyin insan kapitalının yetişdirilməsi" adlı panel sessiyasında çıxışı zamanı deyib.

Nazir bildirib ki, əmək müqavilələrinin sayının artması işçi qüvvəsinin bilik və bacarıqlarının təkmilləşdirilməsi üçün əlavə imkanlar yaradır:

"Belə ki, işəgötürənlər əməkdaşlarını müxtəlif kurslara, ixtisasartırma və peşə hazırlığı proqramlarına cəlb edərək onların kvalifikasiya səviyyəsini artıra bilərlər".

Anar Əliyev həmçinin formal məşğulluğun genişləndirilməsinin vətəndaşların sosial hüquqlarının təmin edilməsi baxımından mühüm əhəmiyyət daşıdığını da qeyd edib.

44 filmi