Agentlik sədri: Azad edilən ərazilərdə peşə hazırlığı üçün xüsusi güzəşt və təşviq mexanizmləri tətbiq olunur

Sosial müdafiə
  • 14 oktyabr, 2025
  • 11:43
Agentlik sədri: Azad edilən ərazilərdə peşə hazırlığı üçün xüsusi güzəşt və təşviq mexanizmləri tətbiq olunur

İşğaldan azad edilən ərazilərdə peşə hazırlığı kurslarının təşkili üçün xüsusi güzəşt və təşviq mexanizmləri tətbiq olunur.

"Report" xəbər verir ki, bunu Dövlət Məşğulluq Agentliyinin (DMA) İdarə Heyətinin sədri Sadiq Əliyev "Azərbaycanın Dayanıqlı İnkişafı üçün Təhsilə İnvestisiya" adlı panel müzakirədə çıxış edərkən deyib.

O bildirib ki, DMA həmçinin azad edilən ərazilərdə təhsil və məşğulluq təşəbbüsləri ilə də çıxış edir:

"Azad edilən ərazilərdə peşə hazırlığının təşkilini stimullaşdırmaq və ixtisaslaşmış təlim müəssisələrini regiona cəlb etmək məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollegiyasının qərarı ilə adambaşına düşən vəsaitə 20% əlavə tətbiq edilir. Bundan əlavə, Qarabağ Peşə Hazırlığı Mərkəzi özəl təlim müəssisələri ilə birgə regionun ehtiyaclarına uyğun olaraq birgə təlimlər təşkil edir, öz infrastrukturundan işəgötürənlər üçün geniş istifadəyə imkan yaradır".

S.Əliyev qeyd edib ki, hazırda bu ərazilərdə 300-dən çox şəxs peşəhazırlığı proqramlarına cəlb olunub və proses mərhələli şəkildə davam edir.

Son xəbərlər

Bütün Xəbər Lenti